Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:41

«Azərbaycan Avropa ilə enerji əməkdaşlığını dayandırır»


Avropaya qaz ixracını nəzərdə tutan NABUCCO layihəsi

Avropaya qaz ixracını nəzərdə tutan NABUCCO layihəsi

«Bizim Yol»: ARDNŞ rəsmisi qazın Asiya bazarlarına satılacağı barədə bəyanat verdi.

«Azərbaycan Avropa İttifaqının nəzərinə çatdırıb ki, qazın ixracı istiqamətini Asiya bazarlarına yönəldə bilər». Bu sensasion bəyanatla Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov çıxış edib.

«Azadlıq»: Yeni bir gənclik dalğası fırtınaya hazırlaşır

Bloqqernlərin həbsi gənclərə stimul verib. «Nə qədər bir yerdə, nə qədər say baxımından üstün olsaq, o qədər də gücümüz çox olacaq».

«Yeni Müsavat»: «Cahangir Əsgərov Qüdrət Həsənquliyevdən qisas aldı»

AZAL prezidenti Cahangir Əsgərov bir neçə gün onu parlamentdə sərt tənqid edən deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevdən qisas alıb. NATO-nun Parlament Assambleyasının sessiyasından qayıdan deputatın çantası hava limanında itib.

«Yeni Azərbaycan»: «Ümidvarıq ki, yeni məruzəçi obyektiv olacaq və bizim səmərəli münasibətlərimiz formalaşacaq».

Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçi təyin etməsinə münasibət bildirərkən belə deyib.

«Ədalət»: Bizə savad lazımdırmı?..

Bəlkə bizə savadlı, intellektual gənclər lazım deyil? Bəlkə biz gələcəyimizi, «tapşırıqla», «dayı» ilə, «haqq-hesab»la ali məktəbi başa vuran insanlara tapşırmaqda xüsusi maraqlarımız var? Bələkə də biz dünyada yeganə xalqıq ki, savada, biliyə bu cür münasibət bəsləyirik.

«Şərq qəzeti»: Nuşirəvan Məhərrəmli: «MTRŞ telekanallar qarşısına xüsusi vəzifə qoyacaq»

Şura sədri deyib ki, MTRŞ telekanalların qarşısına aparıcıların seçim məsələsində xüsusi mexanizm yaratmaqla bağlı xüsusi vəziyə qoyacaq: «Biz telekanalların aparıcıları seçmək üçün keçirdiyi müsabiqələrin formalarına baxmalıyıq».

«525-ci qəzet»: «Otuza yaxın islam təmayüllü icma dövlət qeydiyyatından keçib»

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov müsahibəsində belə deyib.

«Bakı Xəbər»: Bu ilin əvvəlindən indiyə kimi Azərbaycanda korrupsiya halları ilə əlaqədar olaraq 156 şəxs barəsində 98 cinayət işi istintaq olunub və məhkəməyə göndərilib, hazırda isə 36 cinayət işinin istintaqı aparılır.

Bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyev bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG