Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:55

Eynulla Fətullayev beynəlxalq mükafata layiq görüldü


Jurnalistləri Müdafiə Komitəsi 2009-cu il üçün Beynəlxalq Azad Mətbuat Mükafatı laureatlarının adlarını açıqlayıb.

Mükafata 4 jurnalist layiq görülüb. Onların arasında hazırda həbsdə olan “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev də var.

JMK bu mükafatı hər il təhlükəli və repressiya şəraitində işləyən jurnalistlərə verir.

Mükafatın təqdimetmə mərasimi noyabrın 24-də Nyu-Yorkda olacaq.

Təşkilatın icraçı direktoru Coel Saymon hakimiyyətləri hazırda həbsdə olan iki jurnalist Eynulla Fətullayev və Cey Tissanı (Şri-Lnka) dərhal azad etməyə çağırıb.

Eynulla Fətullayev terrora çağırışda ittiham olunaraq 8 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG