Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:22
İran prezidenti Mahmud Əhmədinejad bölgələrə səfəri çərçivəsində Təbrizdə olub.

O bu gün Təbrizdəki “ Təxdi “ idman sarayında yerli camaatla görüşüb.

Mahmud Əhmədinejad çıxışında deyib ki, azərbaycanlılar qeyrətli xalqdır, onlar həmişə İrana kömək edib,arxa durub və göydən daş da düşsə İran İslam İnqilabını müdafiə edəcəklər.

Əhmədinejad qeyd edib ki, 8 il 3 Azərbaycan bölgəsindən biri olan Ərdəbil vilayətinin rəhbəri olmasıyla qürur duyur və azərbaycanlılar ona öz övladları kimi baxır.

O İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətə də toxunub, qeyd edib ki, əgər Qərb bu məsələdə mövqeini dəyişsə İran onunla dialoqa getməyə həmişə hazırdır.

Şərhləri göstər

XS
SM
MD
LG