Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:52

«Azadlıq» qəzeti Avropa Məhkəməsinə müraciət etdi


«Azadlıq» qəzeti Avropa Məhkəməsinə müraciət edib
«Azadlıq» qəzeti Avropa Məhkəməsinə müraciət edib
«Biz keçmiş İqtisadi İnkişaf naziri Heydər Babayevin iddiası üzrə Azərbaycan məhkəmələrinin «Azadlıq» qəzetinə qarşı çıxardığı qərarlardan Avropa İnsan Haqları Məhkəməsinə şikayə göndərmişik. Ümid edirik ki, pozulan haqlarımızın bərpasına nail olacağıq».

Bu sözləri AzadlıqRadiosuna «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov deyib.

«Azadlıq» qəzetində dərc olunmuş «Metyu Brayzanın toy xərcini azərbaycanlılar çəkib?» başlıqlı yazıda bir sıra yüksək çinli azərbaycanlı məmurların amerikalı diplomat Metyu Brayza və Zeyno Baranın Türkiyədə gerçəkləşmiş toy mərasiminə qatılmasından, ailə quran cütlüyə çox bahalı hədiyyələr bağışlamalarından bəhs edilib. Yazıda dəbdəbəli mərasimin xərcinin xeyli hissəsini azərbaycanlı nazir Heydər Babayevin ödədiyi qeyd edilib. Məhz bu bilgiləri özünə böhtan sayan Heydər Babayev məhkəməyə şikayət edib. O, «Azadlıq» qəzetinin baş redaktorunun və yazı müəllifinin («Azadlıq» qəzetinin hazırda Fransada mühacirətdə olan əməkdaşı Aqil Xəlil) böhtana görə həbs olunmasını istəyib. Yasamal rayon Məhkəməsi jurnalistlərə qarşı şıkayəti qismən təmin edərək onların üzərinə şikayətçidən üzr istəmək və məqalədəki bilgiləri təkzib etmək vəzifəsi qoyub. Apellyasiya və Ali Məhkəmə aşağı məhkəmənin qərarını dəyişməyib.

Azər Əhmədov bildirir ki, Metyu Brayzanın toyuna Azərbaycan rəsmilərinin bahalı hədiyyələr, o cümlədən pul vermələri ilə bağlı yazılar Türkiyə və Rusiya mətbuatında da yer alıb:

«Ancaq nədənsə nazir ancaq «Azadlıq»ı hədəf seçib».
XS
SM
MD
LG