Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:24

Daxili Qoşunların baş leytenantı məhkum edilib


Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Daxili Qoşunların «N» saylı hərbi hissəsinin zabiti, baş leytenant Elmar Mehdiyevə və mülkü vətəndaş Rauf Qafarova hökm oxunub.

İbtidai istintaq orqanı baş leytenantı zorlama və seksual xarakterli zorakılıq hərəkətləri etmədə təqsirləndirib. İttihama görə, Elmar Mehdiyev tanışı Rauf Qafarovla birlikdə Bakının Sabunçu rayonu ərazisində yeni tanış olduğu Samirə (ad şərtidir) adlı qızı idarə etdiyi maşına mindirib, sonra onu tanışı Rauf Qafarovun evinə apararaq zorlayıb. İttihama görə, Elmar Mehdiyev tanışlıq vaxtı özünü polis əməkdaşı kimi qələmə verib. Rauf Qafarov isə cinayətdə iştirakçı kimi ittiham olunub.

Hərbi Məhkəmədən AzadlıqRadiosuna verilən məlumata görə, məhkəmədə zorlama və seksual xarakterli zorakılıq hərəkətləri etmə ittihamları sübuta yetirilmədiyinə görə hər iki maddə ittihamdan xaric edilib.

Elmar Mehdiyev vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddəsi ilə ittiham edilərək 1 il azadlıqdan məhrum edilib. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə iştirakda təqsirli bilinən Rauf Qafarov isə 700 manat cərimələnib.

Günün bütün mövzuları

XS
SM
MD
LG