Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:47

Gələn həftə uşaqların birinci forumu keçiriləcək


Noyabrın 23-24-də Bakıda Azərbaycan uşaqlarının birinci forumu keçiriləcək.

Azərbaycanda «Uşaq ili»nin yekunlarına və Uşaq Hüquqları Konvensiyasının 20 illinə həsr olunacaq forumda iştirak etmək üçün 56 şəhər və rayondan 250 uşaq nümayəndə seçilib. Məlumatı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi verib.

Forumun işində qaçqın və məcburi köçkün, uşaq evlərində tərbiyə alan, müxtəlif xəstəliklərdən əziyyət çəkən və əlil uşaqlar da iştirak edəcəklər.

Forumun sonunda uşaqların təkliflərindən ibarət yekun bəyannaməsinin qəbul ediləməsi nəzərdə tutulub. /Azertac/

Günün bütün mövzuları

XS
SM
MD
LG