Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:14

Kərzayi: «köhnə «səhvlərimdən» öyrənəcəm


Noyabrın 19-da Əfqanıstan prezidenti Həmid Kərzayinin andiçmə mərasimi keçirilib. Kərzayi ikinci dəfədir ki, Əfqanıstan prezidenti seçilib.

O, söz verib ki, 2-ci prezidentliyi dövründə Əfqanıstanda «cəzasızlıq mədəniyyəti» başa çatacaq. Deyib ki, köhnə «səhvlərindən» öyrənəcək.

İnaqurasiya mərasimində çıxış edən prezident bildirib ki, yeni hökumətin nazirləri «səlahiyyətli, təcrübəli və xalqın xidmətində durmalıdır».

Həmid Kərzayi həmçinin rəqibi, keçmiş XİN Abdulla Abdullanı birgə işləməyə dəvət edib.

And içmə mərasimində xarici ölkələrdən 300 yüksək səviyyəli rəsmi, o cümlədən ABŞ Dövlət katibi Hillari Klinton, Pakistan prezidenti Asif Əli Zərdari də iştirak edib.

Noyabrın 2-də Həmid Kərzayi mübahisəli prezident seçkilərindən sonra qalib elan olunub.

İndi Kərzayinin qarşısında Talibanla mübarizə, korrupsiya və işsizlik kimi böyük problemlər dayanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG