Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:03

Peşəvərdə partlayış olub, ölən və yaralananlar var


Pakistanın Peşəvər şəhərində yenidən partlayış olub, azı 15 nəfər ölüb, 20 yaralı var.

Partlayışın məhkəmə binasının yanında törədildiyi, polis yaxınlaşarkən intiharçının özünü partlatması nəticəsində baş verdiyi deyilir.

Pakistanın şimal-qərbində yerləşən Peşəvər şəhəri son vaxtlar islamçı yaraqlıların hədəfinə tuş gəlib.

Bu həm də oktyabrın ortalarından hökumət qüvvələrinin Əfqanıstanla həmsərhəd Cənubi Vəziristanda taliban və Əl-Qaidə yaraqlılarına qarşı əməliyyatlara başlaması ilə bağlıdır.
XS
SM
MD
LG