Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:35

«Hamını bəzər, özü lüt gəzər»


Problemi həll etmək istəyən tapılmır.
«Çoxmərtəbəli binalara qazın verilməməsində dövlətlik heç bir şey yoxdur. Günahkar «Azəriqaz», Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki dövlət komissiyası və tikinti şirkətləridir. Problem düşüb düyünə... «Azəriqaz» Dövlət Neft Şirkətinin tərkibinə veriləndən sonra ümidlər daha çoxdur. İndi hələ struktur dəyişikliyi tam başa çatmayıb, rəhbərlik təzədir. Güman edirik ki, onlarda bu məsələyə təzə bir yanaşma olacaq. Onların da diqqətinə bu məsələni çatdırmaq üçün bu mövzunu qələmə aldıq».

Bunu «İşdən sonra» verilişində «Azərbaycan» qəzetinin iqtisadiyyat şöbəsinin müdiri Raqif Məmmədov dedi.

Ölkənin rəsmi dövlət qəzeti «Azərbaycan» son illər Bakıda tikilib istifadəyə verilmiş çoxmərtəbəli binaların qazsızlıq problemi haqda geniş yazı dərc edib.

Raqif Məmmədovun qələmə aldığı «Hamını bəzər, özü lüt gəzər» başlıqlı yazıda deyilir ki, neçə ildir bu problemi həll etmək istəyən tapılmır.

«Azəriqaz»ın mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı isə Raqif Məmmədovun mövqeyini qərəzli sayır:

«Sadəcə olaraq anlamaq lazımdır ki, biz qanun tərəfindəyik, həmişə vətəndaşlarımızın təhlükəsizliyini qorumaq istəyərdik. Hündürmərtəbəli binalar tikilirsə, texniki təhlükəsizlik baxımından bütün qaydalara riayət olunursa, ora niyə təbii qaz verməyək? Heç bir problem yoxdur. Bu mənada mən «Azəriqaz»ın adının bu qədər hallanmasını qərəzli başa düşürəm. Dövlət komissiyası binanı qəbul etsin, bütün texniki təhlükəsizlik qaydalarına riayət olunsun, biz də qazı verək. Burada nə problem var ki?».

Şərhləri göstər

XS
SM
MD
LG