Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:51

İran uranı xaricə göndərmək fikrində deyil


İran az zənginləşdirilmiş uranın yanacağa çevrilmək üçün xaricə göndərilməsinin mümkünlüyünü istisna edib.

İSNA agentliyinin məlumatına görə ölkənin xarici işlər naziri Manucöhr Mottaki deyib ki, İran yanacağın ölkə daxilində mübadiləsini nəzərdən keçirir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin təklifində İranın nüvə proqramı üçün zənginləşdirilmiş uranın ölkə daxilində yox, Rusiya və ya Fransada istehsal edilməsi nəzərdə tutulur.

Beynəlxalq aləm hesb edir ki, İran zənginləşdirilmiş urandan nüvə silahının istehsalında da istifadə edə bilər.

Tehran isə nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG