Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:25

Çexiya-Azərbaycan 0-2


Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq turnirdə Azərbaycan və Çexiya milli futbol komandaları görüşür. Əl-Ayn şəhərində keçirilən bu oyunun qalibi turnirin bürünc medalını qazanır.

Oyunun 25-ci dəqiqəsinə Azərbaycan yığmasının oyunçusu Vaqif Cavadov topu başı ilə rəqib qapısından keçirdi.

Komandalar 0-1 hesabı ilə fasiləyə getdilər.

İkinci hissə Çexiya futbolşularının üstünlüyü ilə keçir. Azərbaycan soyuqqanlı müdafiə təşkil edərək, kəskin əks-hücumlar həyata keçirir.

60-70-ci dəqiqələrdə üstünlüyü ələ alan Azərbaycan futbolçuları bir-birinin ardınca rəqib qapısının ağzında təhlükəli vəziyyətlər yaratdı. Lakin hesabı dəyişmək mümkün olmadı.

89-cü dəqiqədə küncdən zərbəni ifa edən Vaqif Sadıqovun ötürməsini Ruslan Abışov başı ilə rəqib qapısına yönəldir.

Oyun 2-0 hesabı ilə Azərbaycan futbolçularının xeyrinə başa çatır.
XS
SM
MD
LG