Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:24

AŞPA Azərbaycan üzrə yeni həmməruzəçi seçdi


Cozef Debona Qrexd
Noyabrın 18-də Maltalı deputat Cozef Debona Qrexd AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi seçilib. Xəbəri AzadlıqRadiosuna AŞPA-dakı qaynaq verib.

Qurumun Parisdə keçirilən toplantısında Azərbaycan üzrə həmməruziçiliyə Cozef Debona Qrexlə bərabər Norveç deputatı Lize Kristofersenin də namizədliyi irəli sürülüb. Xanım deputatın namizədliyini qurumun Azərbaycan üzrə eks-həmməruzəçilərindən Andreas Qross irəli sürüb. Ancaq səsvermədə xanım deputat rəqibindən az səs toplaya bilib.

Qurumun Azərbaycan üzrə keçmiş həmməruziçisi Yevgeniya Jivkova isə bu ölkəsi Bolqarıstanda keçiriləcək növbəti parlament seçkilərinə qatılmayacaq.

Xanım Jivkova bundan sonra yalnız bizneslə məşğul olacağını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG