Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:53

Cənubi-Vəziristanda Talibanın bazaları tutulub


Pakistan ordusu Cənubi Vəziristanda Talibanın əsas bazalarını tutduğunu iddia edir.

Noyabrın 17-də ordu yaraqlılarla mübarizədə son nailiyyətləri nümayiş etmək üçün jurnalistləri vertolyotlarla Əfqanıstanla həmsərhəd - Ladha və Sararoqa şəhərlərinə aparıb.

Ordu sözçüsü general-mayor Atar Abbas bildirib ki, yaraqlıların bir qismi gizlənsə də, ordu onları ələ keçirəcək.

Oktyabrın 17-dən bu yana Talibana qarşı əməliyyatda 500-dən artıq yaraqlı məhv edilib. Bu müddətdə 70 əsgərin öldüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG