Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:15

Yevgeniya Jivkovanın yerinə Cozef Debona Qrex oldu


Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi təyin olunub.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov «APA»ya bildirib ki, yeni həmməruzəçi Maltadan olan deputat Cozef Debona Qrexdir: «Komitənin iclasında əvvəlcə həmməruzəçi ilə bağlı müzakirələr aparılıb, sonra səsvermə keçirilib. Səsvermə nəticəsində Cozef Debona Qrex 18 səslə həmməruzəçi seçilib. Digər namizəd norveçli xanım deputat Lize Kristofersen olub. Onun namizədliyini Andreas Qrossun təmsil etdiyi sosialist qrupu irəli sürüb. Lakin xanım Kristofersenin lehinə 12 nəfər səs verdi».

Əvvəlki həmməruzəçi Yevgeniya Jivkova bu il Bolqarıstanda keçirilən parlament seçkilərinə qatılmayaraq, biznes fəaliyyəti ilə məşğul olmağa üstünlük verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG