Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:18

«H. Əliyev olsaydı torpaqlar işğal olunmazdı»


«Bu gün Azərbaycan qüdrətli dövlətdir. Bu gün kim bizim torpaqlarımızı işğal edə bilər? Heç kim! Əgər müharibə başlanan zaman Azərbaycanın rəhbərliyində ulu öndər Heydər Əliyev olsaydı, heç vaxt Azərbaycan torpaqları işğal altına düşməzdi. Ancaq bu oldu, bu işğal baş verdi».

Prezident İlham Əliyev noyabrın 17-də məcburi köçkünlər üçün tikilmiş yaşayış binalarının açılışı mərasimində çıxışı zamanı belə deyib.

Prezident əlavə edib ki, bunu aradan qaldırmağın ya sülh yolu vardır, ya hərbi yolu: «Başqa yol yoxdur. Ancaq biz daha bu prosesi uzada bilmərik».

Prezident deyib ki, 15 ildir ki, atəşkəs rejimi bağlanıb: «15 il ərzində, daha doğrusu, ondan da əvvəl, 1992-ci ildə Minsk qrupu yaradılıb. Minsk qrupu fəaliyyət göstərir. Amma bu fəaliyyətin nəticəsi var? Yoxdur. Bu reallıqdır. Bizə deyirlər ki, siz dözün, danışıqlar aparın, ermənilər ilə danışın. Biz danışıqlar aparırıq və müəyyən irəliləyiş vardır. Artıq danışıqlar mövzusunda bütün torpaqlardan erməni qoşunlarının çıxarılması nəzərdə tutulur, bütün 7 rayondan. Eyni zamanda, azərbaycanlıların Dağlıq Qarabağa qaytarılması da artıq danışıqlar mövzusudur. Halbuki əvvəllər bu barədə heç söhbət də getmirdi. Yəni, bu bizə ümid verir. Bu bizim danışıqlarda iştirakımıza elə bil ki, əlavə stimul verir. Biz hesab edirik ki, hələ ümidlər vardır».

İ. Əliyev bildirib ki, indi Ermənistan tərəfi vaxtı uzatma taktikasını seçib. «Gah ortalığa yeni mövzular atılır, gah əvvəlcə razılaşdırılmış məsələyə yenidən baxmaq istəyirlər. Yəni bu nəyi göstərir? Biz indi bilirik bu taktika nədən ibarətdir. Vaxt uzatmaqdan. Vaxtı uzatmaq onlara heç nə vermir. Çünki onların əsas məqsədi torpaqlarımızda erməniləri məskunlaşdırmaqdır. Amma bunu etmək üçün onlarda canlı qüvvə yoxdur. Ermənistanın əhalisi azalıb. Bu gün orada real yaşayan insanların sayı 1 milyon 700 mindir. Getdikcə onlar təmas xəttini qoruya bilməyəcəklər. Çünki Azərbaycanın həm imkanları, gücü, həm də demoqrafik vəziyyət artır. Bizim əhalimizin sayı artıq 9 milyondur, 5-6 ildən sonra 10 milyon olacaqdır. Bu gün bizim iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından 7 dəfə böyükdür. Bir neçə ildən sonra bəlkə 13 dəfə, 15 dəfə böyük olacaqdır. Ermənistan bütün regional layihələrdən təcrid olunub. Demək olar ki, bir istisna ilə bütün qonşularla sərhədləri bağlıdır. Belə vəziyyətdə bu ölkənin yaşaması sual altındadır. O da həqiqətdir ki, öz hesabına yaşaya bilmir. Əgər bəzi ölkələr və bəzi maliyyə qurumları onlara bu il maliyyə yardımı göstərməsəydilər, tamamilə çökəcəkdi».

Günün bütün mövzuları

XS
SM
MD
LG