Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:30

Obamanın Çinə səfəri başa çatır


ABŞ prezidentinin Çinə səfəri başa çatır. Gözlənilir ki, Barak Obama Çin hökumətinin rəhbəri Ven Çzyabao ilə görüşəcək və Böyük Çin səddində olacaq.

Noyabrın 17-də ABŞ və Çinin rəhbərləri – Obama və Hu Çzintao Pekində danışıqlar aparıb. Birgə mətbuat konfransında Obama bildirib ki, ABŞ və Çin Xalq Respublikası İranın nüvə proqramı ilə bağlı eyni fikirdədirlər, Tehran proqramın dinc məqsədli olduğunu nümayiş etdirməlidir.

Vaşinqton və Pekin həmçinin ticarət problemlərinə dair məsləhətləşmələr aparmağa razılaşıblar.

Çindən sonra Barak Obama Asiya regionuna səfəri çərçivəsində Cənubi Koreyaya gedəcək.
XS
SM
MD
LG