Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:17

ABŞ İsrail hökumətini tənqid edib


ABŞ və BMT baş katibi İsrail hökumətini yenidən tənqid edib. İsrail fələstinlilərin iddia etdiyi ərazilərdə daha 900 yaşayış evi salmağı planlaşdırır.

Ağ Evin sözçüsü Robert Gibbs deyib ki, ABŞ hökuməti İsrailin Gilo qəsəbəsini genişləndirmək qərarından «narahatdır», bu addım İsrail və Fələstin arasında sülh danışıqlarının bərpa edilməsi prosesini çətinləşdirəcək.

BMT baş katibi Ban Ki Mun isə bildirib ki, o, İsrail hökumətinin qərarına «təəssüflənir», bu Fələstin dövlətinin yaradılması üçün 2 tərəf arasında sülh danışıqlarının mümkünlüyünü şübhə altında qoyur.

Günün bütün mövzuları

XS
SM
MD
LG