Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:05
«Bizim Yol»: «Biz çalışırıq ki, Qarabağ problemini sülh yolu ilə həll edək, çünki biz müharibə istəmirik. Ancaq sülh yolu itlə də olmur». Bunu dünən İlham Əliyev Bakının Binəqədi rayonunda 369 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binasının istifadəyə verilməsi ilə bağlı mərasimdə çıxış edərkən bəyan edib. Dövlət başçısı qeyd edib ki, danışıqlar aparılsa da, məsələnin köklü şəkildə həllinə hələlik nail olmaq mümkün olmur.

«Yeni Müsavat»: İşdən çıxan fəhlələr «Azneft» meydanını bağladı

«Codest» şirkətinin haqlarını tələb edən işçiləri yolu prezident kortejinin keçdiyi vaxtda kəsmək istədi: aksiya polis gücünə dağıdıldı. Şirkətinin 50-yə yaxın əməkdaşının bu addımı atmasına səbəb onların qanunsuz olaraq işdən çıxarılmasıdır.

«Azadlıq»: «Azərbaycan hökuməti dünyadakı «vicdan məhbusları» rekordunu təzələyib».

Hüquq müdafiəçisi Arzu Abdullayeva deyir ki, həbsdə olan jurnalistlər Qənimət Zahid və Eynulla Fətullayev, eyni zamanda bloqqerlər Adnan Hacızadə və Emin Millini beynəlxalq ictimaiyyət vicdan məhbusu kimi tanıyıb.

«Yeni Azərbaycan»: YAP bələdiyyə seçkilərinə «xalqa xidmət naminə» şüarı ilə gedir.

Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələrinin yığıncağı keçirilib. Partiyanın icra katibi Əli Əhmədov: «Təşviqat kampaniyasının konkret bələdiyyə ərazilərində həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək».

«Şərq qəzeti»: Elmira Axundova mediadan narazıdır

Millət vəkili Elmira Axundova Parlament Jurnalistlər Birliyinə müraciət edib. Deputat şikayət edir ki, mətbuat onun ad və soyadını ombudsman Elmira Süleymanova ilə qarışdırır: «Bizim nə zahiri, nə də daxili oxşarlığımız var. Tamam başqa insanlarıq. Yaş fərqimiz də böyükdür».

«Ədalət»: «Donuz qripi»nə yoluxma dayanıb

Son bir həftədə Azərbaycanda «donuz qripi» virusuna yoluxma halları qeydə alınmayıb. Noyabrın 11-də A(H1N1) virusuna yoluxmuş Bakı şəhər sakini ambulator şəraitdə müalicə aldıqdan sonra tam sağalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG