Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:43

Kiyev Avropadan sərt tənqidlər eşidir


Avropa Yenidənqurma və İnkişaf Bankı bu gün enerji sektorunda islahatları apara bilmədiyi üçün Ukraynanı tənqid edib. Bank bildirir ki, bu vəziyyət Kiyevlə Moskva arasında başqa bir böhranın qarşısının alınması üçün nəzərdə tutulan borc verilməsi qərarını ləngidə bilər.

Banlkın sözçüsü deyib ki, onlar heç olmasa Kiyevin bu sahədə islahatlara hazır olmasını görmək istəyirlər.

Onun məlumatına görə hazırda bu bank gələn il Ukraynaya 300 milyon dollar borc verilməsi imkanlarını nəzərdən keçirir.

Brüsseldə də Fransanın Avropa məsələləri üzrə naziri Ukraynadan korrupsiya ilə mübarizə və iqtisadi islahatlar gözlədiklərini deyib.

Yanvara nəzərdə tutulan prezident seçkilərinə işarə vuran nazir ifadələrini bir az da sərtləşdirərərk bildirir ki, deyib ki, seçki vədləri beynəlxalq ictimaiyyətin, Avropa vergiödəyənlərinin pulları hesabına yerinə yetirilə bilməz.
XS
SM
MD
LG