Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:47

Rusiyada maşın xərcləri iki dəfəyə qədər artır


Rusiyanın 30-dan çox şəhərində avtomobil sahibləri bu gün etiraz aksiyaları keçiriblər. Onlar nəqliyyat vergilərinin qaldırılmasına etiraz edirlər.

Keçən həftənin sonunda Rusiya Dövlət Duması avtomobillərin qeydiyyatı, yol vergiləri, nəqliyyat vergiləri və başqa ödənişlərin iki dəfəyə qədər qaldırılması barədə qanun qəbul edib.

Aksiya iştirakçıları isə deyirlər ki, bunlar dövlət büdcəsinə o qədər də çox gəlir verməyəcək, sadəcə olaraq, ölkədə sosial narazılığı gücləndirəcək.

Rusiyada Avtomobil Sahibləri Federasiyası Dumanın bu qərarından Ali Məhkəməyə şikayıt verəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG