Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:25

Kürdlər İraq parlamentində daha çox yer tələb edirlər


İraqda kürd siyasətçiləri onlara parlamentdə daha çox yer verilməsə yanvarda keçiriləcək seçkiləri boykot edəcəklərini deyiblər.

Kürdüstan regionunun rəhbəri Məsud Bərzaninin ofisindən bu gün yayılan bəyanatda deyilir ki, parlamentdə yerlərin indiki şəkildə paylanması kürdlər üçün ədalətsizlikdir. Vəziyyət bu cür davam etsə, kürdlər seçkini boykot edə bilərlər.

Keçən həftə İraqda deputatlar seçkilərə yol açan qanunun qəbuluna sevinmişdilər. İndi kürdlərin yeni tələbi və ölkənin sünni vitse-prezidentinin buna veto qoyacağı ilə bağlı bəyanatı yenidən seçki prosesini axarından çıxara bilər.
XS
SM
MD
LG