Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:13

Noyabrın 9-u Dövlət Bayrağı Günü oldu


Bundan sonra hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi bayram ediləcək. Biu barədə prezident İlham Əliyev bu gün sərəncam verib.

Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq indiki dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib.

Sərəncama görə həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunur.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti indiki üçrəngli və ayulduzlu bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı elan edib.

Prezident Əmək Məcəlləsinə də dəyişiklik olunması üçün parlamentə təklif göndərib. Artıq Parlamentin Sosial Siyasət Komissiyası bu təklifi bəyəndiyini deyib yəqin ki, yaxın günlərdə Milli Məclis Məcəlləyə dəyişiklik edərək hər il noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi ölkədə qeyri-iş günü olduöunu elan edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG