Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:25
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 6 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən qətl törətməkdə təqsirləndirilən Emin Hüseynovun və Həbibulla Həbibullayevin məhkəməsi başlayıb.

İbtidai istintaq orqanının qənaətinə görə, həmin məhkumlar cəzaçəkmə müəssisəsində digər məhkum Elvin Həsənovu qətlə yetiriblər. Hər iki məhkuma qarşı xüsusi amansızlıqla adam öldürmə, cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozma kimi ittihamlar irəli sürülüb. Onlar ifadələrində məhkum yoldaşlarını şəxsi münasibət zəminində öldürdüklərini göstəriblər.

Emin Hüseynov seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilərək 6 il, Həbibulla Həbibullayev isə oğurluqda, soyğunçuluqda, narkotik vasitələrdən istifadədə təqsirləndirilərək 7 il, qətlə yetirilmiş Elvin Həsənov isə hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmaqda təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrum edilərək cəza çəkirdilər.

Şərhləri göstər

XS
SM
MD
LG