Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:23

Məhkəmə Sürət Hüseynovun silahdaşını azadlığa buraxıb


Bakı Apellyasiya Məhkəməsində 1994-cü ilin oktyabrında çevriliş cəhdində iştirakda təqsirli bilinən Əli Əbdürrəhmanovun işi üzrə iclas keçirilib.

Bakı Apellyasiya Məhkəməsindən AzadlıqRadiosuna verilən məlumata görə, Əbdürrəhmanov keçmiş baş nazir Surət Hüseynovun silahdaşı olub.

İbtidai istintaq orqanı onu 1994-cü il oktyabrın 4-də Surət Hüseynovun hakimiyyəti ələ keçirmək üçün hazırladığı çevrilişə cəhddə iştirak etməkdə təqsirli bilmişdi. Əli Əbdürrrəhmanov həmin vaxtdan axtarışda olub və 14 il sonra – 2009-cu ilin əvvəlində həbs edilmişdi.

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmə Əli Əbdürrrəhmanova 4 il azadlığın məhdudlaşdırılması cəzası kəsmişdi.

Bakı Apellyasiya Məhkəməsi isə Əli Əbdürrəhmanov həbs edilərkən barəsindəki cinayət işinin müddətinin ötdüyünü nəzərə alaraq onun barəsindəki hökmü ləğv edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG