Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 20:12

Demokratiya və onun düşmənləri


Praqaya toplaşan Qərb alimləri və ziyalıları vətəndaşın siyasi fəallığının azlığını, ictimai inamsızlığı korrpusiyanın, korrupsiyanı isə demokratiyanın bəlası adlandırıblar.

Ictimai inamsızlıq və korrupsiya hazırda Avropada demokratiyanı təhlükə qarşısında qoyur.

Bu fikri noyabrın 14-də Mərkəzi və Şərqi Avropada demokratrik inqilabların 20-ci ildönümünə həsr olunmuş konfransa toplaşan Qərb ziyalıları və alimləri səsləndiriblər.

“Demokratiya və onun düşmənləri” adalanan konfransı Çex Respublikasının keçmiş prezidenti Vaslav Havelin rəhbərlik etdiyi fond təşkil edib.

Konfransda çıxış edən Fransa alimi Jacques Rupnik deyib ki, kommunistlərdən miras qalmış “dövlət azadlığın düşmənidir” ideyası Şərqi avropalılarda siyasətə biganəlik yaradıb. Bu da siyasətçilərə azad bazar prinsipini “soyğunçuluq və nəzarətsizliyin azad bazarı” kimi istifadə etməyə imkan verir.

Rupnik hesab edir ki, indi hakimiyyətdəkilər azadlığı vətəndaş cəmiyyətini və qanunun aliliyini məhv etmək azadlığı yozurlar, buna da şərait yardan vətəndaşın siyasətə hazırkı biganəliyidir:

- Beləliklə də indi bizdə demokratiyanın, onun institutlarının yalnız qabığı var, içi boşdur. Bəli, bizdə bazar iqtisadiyyatı var, amma o da indi böhrandadır.

Poşadakı "Gazeta Wyborcza" qəzetinin redaktoru Adam Miçnik də Şərqi Avropada demokratiyanın azadlıq dəyərləri baxımından “içinin boş” olması fikri ilə razılaşır. Amma o həm də əlavə edir ki, Kuba, İran və Rusiyadakı kimi Avropada da bu boşluğun başqa şeylərlə dolması təhlükəsi var.

Rusiyadan siyasi təhlilçi Andrey Pionkovski də rusiyanı azadlıq düşmənlərinin idarə etməsi fikri ilə razılaşdığını deyib. Onun fikrincə, hazırda Rusiya sənayedən sonrakı açıq cəmiyyət istiqamətində deyil, feodalizmə doğru inkişf edir. Rusiyanın enerji şirkətləri ilə əməkdaşlıq edən Avropa dövlətləri də öz xalqlarına xəyanət edirlər.

Andrey Pionkovski həmçinin ABŞ prezidenti barak Obamanın Rusiya ilə münasibətləri yenidən başlamaq siyasətinin bir faydasının olmayacağını bildirir:

- Rusiya liderlərinə Qərb həmişə bir düşmən kimi lazım olacaq. Xüsusilə də Avropa inkişaf yolu tutumuş qonşuları gürcüstan və Ukraynaya hücumlar üçün bu, lazımdır.

Andrey Pionkovskinin fikrincə, Rusiyaya köməyin ən yaxşı yolu Gürcüstan və Ukraynada demokratiyanın yayılmasına yardım etməkdir. Amma bəzi uzağı görçəyən Avropa İnstitutları bu yardılara mane olurlar.

Britaniyadan ssenarist Tom Stoppard çıxışında bildirib ki, ictimaiyyətin siyasətə biganəliyi təkcə keçmiş sovet bloku ölkələrində deyil, Britaniyadakı kimi qosqocaman demokratiyaları da öldürür:

- Biz azadlıqları olmuş-bitmiş bir şey kimi fərz edirik. Amma reallıq budur ki, biz onu itirməkdəyik. Bəlkə də gecənin birində böyük bir tamaşa kimi, ola bilər həm də zorakılıqlarla onu geri alacağıq. Amma indi baş verən odur ki, saysız-hesabsız yaralar vurmaqla biz azadlıqları itirməkdəyik. Ola bilər bu, hələlik gözlə görünmür, açıq hiss edilmir.

Konfransın aparıcısı Britaniya tarixçisi Timoti Qarton Aş da 1989-cu ildə Şərqi Avropada kommunist rejimlərin süququtndan sonra demokratiya üçün çox şey edilsə də qanunun aliliyinin kölgədə qaldığını deyib:

- 1989-cu ildən sonra biz üç sözü müqəddəsləşdirmişdik: demokratiya, bazar iqtisadiyyatı və vətəndaş cəmiyyəti. Bunlar tamamilə doğru idi. Amma sən demə, unutduğumuz daha bir şey varmış, o da qanunun aliliyi imiş.

Qarton Aşın fikrincə, məhz qanunun aliliyi prinsipi yaddan çıxdığı üçün hazırda demokratiya havasını korrupsiya zəhərləyir. Ən pisi də odur ki, hazırda qanunun aliliyinin bərqərar olması Şərqi Avropa ölkələrində heç gündəlikdə də deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG