Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:21

Belorus prezidentinə Avropaya səfər qadağasının vaxtı uzadıldı


Belorusu dəmir əllə idarə edənlərə Avropa Birliyinə viza vermirlər
Belorusu dəmir əllə idarə edənlərə Avropa Birliyinə viza vermirlər

Belorusun prezident də daxil olmaq yüksək rütbəli məmurlarına Avropa Birliyi ölkələrinə viza verilməsinə qadağa daha bir illiyə uzadıldı. Amma qadağanın icrası da donduruldu

Avropa Birliyi Belarus liderlərinin Birlik ölkələrinə səfərlərinə qoyduğu qadağaların müddətini gələn ilin oktyabrına qədər uzadır. Amma həm də bu qadağanın icrası dondurulur.


Noyabrın 16-ı axşam ya da sabah Brüsseldə Belarusla bu Birliyin münasibətləri müzakirə olunacaq. Artıq qadağalarla bağlı qərar da ilkin olaraq razılaşdırılıb.

Avropa Birliyi ölkələri arasında fikir ayrılıqlarına səbəb olan Belarusla bağlı yeni qərarda Minskə viza rejiminin sadələşdirilməsi üçün müzakirələrə başlamaq da təklif edilir ...

Bundan savayı, Brüssel Belarus vətəndaşlarına viza verilməsi qaydalarının sadələşdirilməsini müzakirə etmək istəyir.

«BALANS YARADILIR»

Bu barədə qərarı bu gün səhər Avropa Birliyinin xarici əlaqələr komissarı Benita Ferrero-Valdner elan edib:

- Bir tərəfdən sanskiyalar davam edir, o biri tərəfdən də onun icrası dayandırlır. Bu da o deməkdir ki, həvəsləndirmə və islahatların aparılması üçün görülmüş işlərin çox az olması arasında bir balans yaradılır.

Belarus liderlərinin Avropa Birliyi ölkələrinə səfərlərinə qadağa 2006-cı ilin martında keçirilən prezident seçkisində saxtalaşdırmalara görə qoyulmuşdu. Amma keçən ilin oktybarında Minskə «qamçı və kökə» siyasəti tətəbiq olunmağa başlanıb.

Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra Moskvanın daha çox qonşusunu təsir dairəsinə alacağından ehtiyat edərək Brüssel Belarus liderlərinin səfərlərinə qoyulan qadağaların icrasını dayandırdı. Bu ilin aprelində isə Avropa Birliyi Minski özünün Şərq Tərəfdaşlığı proqramına dəvət etdi.

Belorus prezidenti Aleksander Lukaşenkanın (sağda) Avropa ölkələrinə səfər qadağası olarkən Bakıda həmkarı İlham Əliyev (solda) tərəfindən mehribanlıqla qarşılanmışdı, Bakı, 2 may 2007

Belarusun vəziyyətini yenidən qiymətləndirən Brüssel siyasi məhbusların azad edilməsini, Minskin Brüssellə bir çox sahələrdə, o cümlədən də ölkədə insan haqları sahəsində müzakirələrə razılıq verdiyini alqışalyır. Bəzi irəliləyişlər kimi həm də Minskin media azadlığının qorunması və seçki islahatlarına dair beynəlxalq məsləhətlərin müzakirəsinə razılıq verməsi qeyd edilir.

BRÜSSELİ QANE ETMƏYƏN HALLAR HƏLƏ ÇOXDUR

Amma Brüsseli qane etməyən hallar da hələ çoxdur. Belarusla bağlı formal olaraq noyabrın 17-dən qüvvəyə minəcək yeni qərarda qeyd edilir ki, Belarusun seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün hələ çox iş görülməlidir. Fikir, toplaşma, siyasi təşkilatlarda birləşmə azadlığının təmin olunması gücləndirilməlidir.

Sənəddə göstərilir ki, siyasi etirazların yatırılması, siyasi partiyalar, müstəqil media orqanları və qeyri-hökumət təşkilatlarının qeydə alınmasından imtina edilməsi, ölüm hökmünün tətbiq edilməsindən ciddi narahatlıqlar qalır.

Avropa Birliyi rəsmiləri deyirlər ki, demokratiya və insan haqları sahəsində real irəliləyiş olarsa, istənilən vaxt Belarus rəsmilərinin səfərlərinə qoyulan qadağa aradan qaldırılacaq.

Benita Ferrero-Valdner deyir ki, bəzi Avropa Birliyi ölkələri hələ də Belarusun daha çox sanskiyalara layiq olduğunu, Minskin demokratik dəyərlərin bərqərar olması istiqamətində ciddi bir işinin olmaması qənaətindədirlər. Bu məsələ son bir neçə həftədə yeni qərarın müzakirəsi zamanı pərdəarxası danışıqların mövzusu olub. Almaniya, İtaliya, İspaniya, Yunanıstan kimi ölkələr Belarusla münasibətlərin yaxşılaşdırılmasının xeyrinə çıxışı ediblər. Britaniya və Hollandiya isə bunun üçün Minskin gördüyü işlərin yetərli olmadığını bildirib.

Polemikalardan sonra Polşanın dəstəyi ilə sanskiyaların vaxtının uzadılması, amma icrasının dayandırılması kimi kompromis qərar qəbul olunub.

XS
SM
MD
LG