Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:19

Liviya prezidenti cəlbedici italyan qızları villasına toplayır


Liviya prezidenti Məhəmməd Qəddafi Romadakı villasına 200 gənc italiyan gözəlini toplayıb və onları islama dəvət edib.
Romada BMT-nin Ərzaq fondunun sammitinə gələn Qəddafi bir agentliyin verdiyi elanla qızları villasına toplayıb. Elanda 500 cəlbedici, gözəl geyinən, amma mini ətək geyməyən qızlar 60 avro və Liviya hədiyyələri müqabilində Qəddafiylə görüşə dəvət olunub.

Görüşə gedən bəzi qadınların İtalyan mediasına verdiyi müsahibəyə görə, onlar gözəl ziyafət gözləsələr də, əvvəzində Qəddafi iki saat ərzində onlara qadının İslamdakı rolundan danışıb, İslamı təbliğ eləyib və onları İslama dəvət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG