Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:51

Hindistanın nüvə obyektlərinin təhlükəsizliyi artırılır


Hindistan nüvə reaktorları və nüvə silahı olan obyektlərin təhlükəsizliyini artırıb və bu obyektlərin işçilərinə də hazırlıqlı olmağı tapşırıb. Hindistanın informasiya agentliklərinin yaydığı məlumata görə, Daxili İşlər Nazirliyi belə bir tapşırıq verib. Səbəbsə, ötən həftə ABŞ-da bir nəfərin Hindistanda terror aktı törətməyə hazırlıq ittihamıyla həbs edilməsidir.

Məlumata görə, ABŞ-da həbs edilən şəxsin Hindistanda olarkən Atom Elektrik Stansiyaları olan şəhərlərə səyahət etməsi Daxili İşlər Nazirliyinin profilaktik tədbirləri artırmasına səbəb olub.
XS
SM
MD
LG