Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:04

Əliyev və Sarkisyanın növbəti görüşü Münxendə ola bilər


Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın növbəti görüşünün Almaniyanın Münhen şəhərində keçiriləcəyi gözlənilir. Ermənistan mətbuatının məlumatına görə, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etmək üçün ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftə regiona yenidən səfər edəcəklər.

ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda qeyd olunub ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı baza prinsiplərinin razılaşdırılması üçün müzakirələri davam etdirməyə hazır olduqlarını bildiriblər. Onlar həmsədrlərin noyabrın sonuna kimi növbəti dəfə görüşü təşkil etmək təklifini qəbul ediblər. Görüşün yeri və vaxtı müəyyənləşdiriləcək.

Noyabrın 16-da Azərbaycan Xarici İşlər Naziri E. Məmmədyarov bildirib ki, görüş Avropa şəhərlərindən birində keçirilə bilər.
XS
SM
MD
LG