Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:30

Avropa Birliyinin xüsusi nümayəndəsi Bakıdadır


Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi noyabrın 16-da Azərbaycan Xazirici İşlər Naziri Elmar Məmmədyarovla görüşüb. "Azərtac"ın xəbərinə görə, görüşdə ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

P.Semnebi Avropa İttifaqının Azərbaycan ilə sıx münasibətlərin qurulmasında və tezliklə regionda sülhün bərqərar edilməsində maraqlı olduğunu deyib.
E.Məmmədyarov isə, Ermənistanın Azərbaycan ərazilərinin işğal etməsi nəticəsində yaranmış status-kvonun davam etdirilməsini qəbuledilməz vəziyyət kimi qiymətləndirmiş və problemin beynəlxalq hüququn normaları və prinsipləri əsasında, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü vurğulamışdır.

XS
SM
MD
LG