Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:12

MSK SƏDRİ ÖZ BƏYANATI İLƏ QANUNU POZURMU?


Hüquqşünas Hafiz Həsənov hesab edir ki, MSK sədri Seçki Məcəlləsini pozur.

O AzadlıqRadiosunun "İşdən sonra" proqramında deyib: «Hüquqa zidd olan bu bəyanatlara əvvəlki seçkilərdə də rast gəlmişdik. Pənahovun bu bəyanatı Seçki Məcəlləsinə ziddiyyət təşkil edir. Təklif edərdim ki, siyasi partiyalar məhkəməyə müraciət etsinlər. Hesab etmirəm ki, məhkəmə məsələyə baxacaq və Pənahovu komissiya sədri vəzifəsindən azad edəcək. Amma məsələnin hüququ tərəflərini qabartmaqla nəyəsə nail olmaq olar. Bu, sırf siyasi xarakterli bəyanatdır».

Xatırladırıq ki, MSK sədri Məzahir Pənahov Prezident Administrasiyası, MSK və ATƏT-in Bakı ofisinin birgə keçirdiyi «Seçkilərə müdaxilənin yolverilməzliyi» adlı tədbirdə deyib ki, xalqın mütləq əksəriyyəti yerlərdə bir siyasi qüvvəni dəstəkləyir. Bu vəziyyətlə də artıq hamı barışıb.
XS
SM
MD
LG