Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:50

Əfqanıstan korrupsiya ilə mübarizə üçün xüsusi qurum yaradır


Əfqanıstanda korrpusiya ilə mübarizə üçün “geniş səlahiyətli cinayətkarlıqla mübarizə qrupu” yaradılıb. Yeni yaradılan qüvvəyə yüksək vəzifəli məmurların adının hallandığı korrupsiya və başqa cinayətləri araşdırmaq səlahiyyəti verilib.

Əfqanıstan Daxili İşlər Naziri Hənif Atmar deyib ki, korrpusiyaya görə beynəlxalq və yerli təqndiləri nəzərə almaq, və ölkənin bu sahədəki ehtiyaclarını ödəmək üçün bu cür qurum yaradıblar. Yeni yaradılan qurum Baş Prokurorluğa tabe olacaq. Qurumun əməkdaşları Avropa Birliyin polis missiyası, Britaniya və Amerika hüquq-mühavizə orqanları tərəfindən təlim keçəcəklər.

Əfqanıstan Prezidenti Həmid Kərzai dəfələrlə ölkədə baş alıb gedən korrupsiyaya görə müxtəlif səviyyələrdən tənqidlərlə üzləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG