Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:43

Avropa Birliyi və Rusiya enerji xəbərdarlığı sisteminə keçir


Avropa Birliyi və Rusiya enerji xəbərdarlığı sisteminin tətbiqinə başlayır. Sistemin məqsədi ötən illərdə baş verən enerji daşıyıcıları kəsintilərinin təkrarlanmasının qarşısını almaqdır.
Bununla bağlı saziş noyabrın 16-da, Moskvada, Avropa Birliyi Enerji komissarı Andris Peibalqas və Rusiya Enerji naziri Serqey Şmatko arasında imzalanıb.

Bu ilin yanvarında və 2007-ci ildə Rusiya və Ukrayna arasında qaz qiymətləri ilə bağlı yaranan mübahisə üzündən Avropa Birliyinin bəzi ölkələri qışın ortasında qazsız qalmışdı.
XS
SM
MD
LG