Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:29

Bakını sevənlərin nəzərinə! «Can Bakı»nı dinləməyi unutmayın!


Noyabrın 17-də tanınmış memar, professor Şamil Fətullayev AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olacaq.

Şamil müəllim Bakının memarlıq tarixi ilə bağlı saysız araşdırmaların, o cümlədən «Bakının memarlıq ensiklopediyası» kimi fundamental kitabın müəllifidir. Yaşı 80-i keçməsinə baxmayaraq, hələ də Bakını gəzməkdən, onun rəsmini çəkməkdən doymur. Paytaxtın hər bir daşının, binasının tarixini bilir.

Qız Qalasının arxasındakı acıq səma muzeyinin yaradıcısı da odur. Fürsətdən yaralanın!

Bu məşhur alimdən Bakının memarlıq tarixi ilə, bu günü ilə bağlı soruşmaq, öyrənmək istədikləriniz varsa, sabah saat 12-yə qədər bizə yazıb göndərin. Cavabları həm saytımızdan oxuya, həm də eşidə biləcəksiniz.



Telefon (+99412) 436-77-41

SMS (+99450) 744-10-17

E-mail - efir@azadliqradiosu.az

Günün bütün mövzuları

XS
SM
MD
LG