Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:02

Rusiyanın 30-dan şəhərində etirazlar keçirilir


Rusiyanın 30-dan çox şəhərində noyabrın 16-da avtomobil sahibləri nəqliyyatla bağlı vergilərin artmasına etiraz aksiyaları keçiriblər. Ötən cümə günü Rusiya Duması avtmobillərin qeydiyyatı, yol vergisi və başqa nəqliyyat vergilərini 2 dəfə qaldırmaq haqda qanun qəbul eləmişdi.

Etirazçılar bildirirlər ki, bu artımlar dövlət büdcəsinin problemlərinin həllinə elə də böyük yardım eləməyəcək, əvəzində sosial durumu çətinləşdirəcək və etirazların genişlənməsinı yol açacaq. Rusiya Avtomobilçiləri Federasiyasının rəsmisi Sergey Kanayev deyib ki, onlar Dumanın qərarından Ali Məhkəməyə şikayət edəcəklər, çünki, indi tətbiq edilən nəqliyyat vergiləri Konstitusiyaya ziddir.
XS
SM
MD
LG