Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:02

«Yeni tezliklərin verilməsi gündəmdə deyil»


«MTRŞ-ın gündəliyində yeni tezliklə bağlı müsabiqə elan edilməsi yoxdur».

Bu sözləri AzadlıqRadiosuna Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin köməkçisi Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda yaxın günlərdə iki yeni telekanalın açılacağı haqda xəbərlər əsassızdır. Qanunvericiliyə görə, öncə MTRŞ yeni tezliklərin verilməsi ilə bağlı müsabiqə elan etməli, daha sonra müsabiqədə iştirak etmək istəyənlər quruma müraciət etməlidir. Bu prosedurlardan sonra tezlik qanunvericilikdə nəzərdə tutulan şərtlərə cavab verən kanala verilə bilər.

Ölkə mətbuatında ölkədə 2 yeni telekanalın açılacağı haqda xəbərlər yayılır. Xəbərlərdə bildirilir ki, kanallardan biri Azərbaycan, digəri isə rusdilli olacaq.
XS
SM
MD
LG