Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:36

Azərbaycanda ifadə azadlığı ilə bağlı problemlər var


“Azərbaycanda ifadə azadlığı ilə bağlı problemlər var. Problemlərin aradan qaldırılması üçün tədbirlər görülməlidir”. Bunu AŞPA baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek deyib. O bildirib ki, media davranış etikasına əməl etməli, məhkəmələrdə Avropa qaydaları tətbiq edilməli, millət vəkilləri diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılıb-qaldırılmaması ilə bağlı müzakirələr aparmalıdır.


Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Vüqar Əliyev isə “Diffamasiya haqqında” qanunun qəbulunun uzaqda olmadığını bildirib. O deyirb ki, hökumət qanunun qəbulunun əleyhinə olmayıb: “Ancaq bunun üçün şərait yaranmalı, problemlər aradan qaldırılmalıdır. Bu sahədə dövlət üzərinə düşən işləri görür”.

Günün bütün mövzuları

XS
SM
MD
LG