Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:27

Fələstin rəsmiləri Fələstin dövlətinin tanınmasını istəyir


Fələstin rəsmiləri Fələstin dövlətinin tanınması xahişi ilə BMT-yə müraciət ediblər.

Sülh danışıqlarında Fələstin nümayəndə heyətinin rəhbəri Saeb Erekatın sözlərinə görə, Qərb sahilində və Qəzza sektorunda, Şərqi Qüds paytaxt olmaqla, müstəqil Fələstin dövlətinin mövcudluğunu tanımaq xahişi ilə BMT-nin Təhlükəsizlik Şurasına müraciət etmək qərara alınıb.

Bu açıqlamadan sonra İsrailin baş naziri Benyamin Netanyahu fələstinlilərə xəbərdarlıq edib. Onları hər hansı birtərəfli addımdan çəkinməyə çağırıb. Netanyahu deyib ki, Fələstin dövlətinin yaranması yolu yalnız İsraillə danışıqlardan keçir.

Günün bütün mövzuları

XS
SM
MD
LG