Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:28

Obama Myanmarı siyasi məhbusları azad etməyə çağırıb


ABŞ prezidenti Barak Obama Myanmar hakimiyyətini müxalifət lideri Aun Su Çji və digər siyasi məhbusları azad etməyə çağırıb.

Sinqapurda keçirilən Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində ilk dəfədir ki, ABŞ-la yanaşı Myanmardakı hərbi rejimin nümayəndələri də iştirak ediblər.

Birləşmiş Ştatların Myanmara qarşı tətbiq etdiyi sanksiyalar qüvvədə olsa da, Vaşinqton bu ölkədə demokratik islahatlar aparılması məqsədilə onunla diplomatik əlaqələri bir qədər fəallaşdırıb.
XS
SM
MD
LG