Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:11

Məhbus Yazıçılar Günü


Beynəlxalq PEN - Dünya Yazarlar Assosiasiyası noyabrın 15-ni Məhbus Yazıçılar Günü elan edib. Məqsəd öz əsərlərinə görə repressiyaya məruz qalan yazarları dəstəkləməkdir.

Bu ilki kampaniya beş ölkədə həbsdə olan beş yazıçını dəstəkləməyi nəzərdə tutur. Həmin yazarlar Kamerun, İran, Çin, Rusiya və Meksikadandır.

Beynəlxalq PEN təşkilatının komitə direktoru Sara Wyatt AzadlıqRadiosunun müxbiri Bruce Pannierə bu kampaniya haqda məlumat verib. Müsahibəni təqdim edirik:

Həbsdə olan yazıçıların siyahısında İrandan olan müəllif də var. Sizcə, İran yazıçıların hüquqlarını nəzərə çarpacaq səviyyədə pozurmu?

Gələn il Beynəlxalq PEN təşkilatının Hüquq və Həbsxana Komitəsinin 50 yaşı tamam olacaq və demək olar ki, bu illər ərzində PEN çox hallarda İran barədə narahat olub. Bu ölkənin yazıçılarını həm şah dövründə, həm də inqilabdan sonra incidiblər. Hazırda İranda azı səkkiz yazıçı və jurnalist həbsdədir və xeyli müəllif var ki, onları ya səhhəti ilə bağlı azad ediblər, ya zaminə buraxıblar, ya da ki, məhkəməsi gedir. İran jurnalistlərini çox vaxt hədələyirlər ki, azadlığa çıxandan sonra bu əməli törətsələr, yenidən həbs olunacaqlar.

Bu il xüsusilə dəstəklədiyiniz İran yazıçısı haqqında bizə məlumat verərsinizmi?!

Bizim bu il xüsusilə dəstəklədiyimiz beş yazıçıdan biri də iranlı Maziar Baharidir. Onu bu ilin iyununda, seçkidən sonra hakimiyyət əleyhinə nümayişlərdə iştirak etdiyi üçün tutmuşdurlar. Baharinin bəxti gətirmişdi, çünki keçən ay onu 300 min funt müqabilində zaminə götürüblər və doğuş vaxtı həyat yoldaşının yanında olması üçün ölkəni tərk etməyə icazə veriblər. Amma İranda hələ də həbsdə olan xeyli yazıçı var və onlardan biri - İran – Amerika alimi Kian Tajbakhsh 12 il həbs cəzası alıb. Biz onun taleyindən çox narahatıq.

Bu il dəstəklədiyiniz rus yazıçısı haqqında nə deyə bilərsiniz və ya ümumiyyətlə, Rusiyada yazıçılar və jurnalistlər üçün mühit nə dərəcədə qənaətbəxşdir.

Rusiyada vəziyyət dəhşətlidir. Bizim monitorinq etdiyimiz ərazilərdə ən ciddi vəziyyət buradadır – 35 nəfər qələm sahibi öldürülüb.
Onlardan biri Natalya Estimirova Çeçenistanda hüquq müdafiəçisi idi, həm də insan haqlarının pozulması halları ilə bağlı yazırdı. Bu ilin iyulunda onu oğurlamışdılar, sonradan meyitini təhqir olunmuş vəziyyətdə tapdılar. Estimirova öz yazılarında Çeçenistan prezidenti Ramzan Kadırovu tənqid edirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG