Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:34

Almaniya milli yığmanın qapıçısı Enkeylə vidalaşır


Almaniya bu gün milli fudbol yığmasının əsas qapıçısı Robert Enkeylə vidalaşır.

Hannover şəhərində keçiriləcək mərasimdə Almaniya yığmasının oyunçuları və məşqçisi, habelə tanınmış keçmiş fudbolçular da daxil olmaqla 50 min adamın iştirakı gözlənilir.

32 yaşlı Robert Enke ötən çərşənbə axşamı Hannover şəhərinin ətrafında özünü qatarın altına atıb.

Məlumatlara görə o son zamanlar depressiyadan əziyyət çəkirmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG