Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:32

Obama İranı tələsməyə çağırıb


İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti diplomatik yolla həll etməyin vaxtı tükənir.

Bunu ABŞ prezidenti Barak Obama Sinqapurda deyib.

Obama qeyd edib ki, həmçinin Rusiya İranla aparılan danışıqların ləngliyindən narazıdır.

İran onun nüvə proqramıyla bağlı beynəlxalq aləmin təklifinə hələ də cavab verməyib.

Təklifdə Tehranın nüvə proqramı üçün zənginləşdirilmiş uranın İranda yox, Rusiya və Fransada istehsal olunması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG