Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:23

Bahalı maska satan 4 aptek bağlandı


Səhiyyə Nazirliyi qoruyucu maskaların (respirator) satışında süni qiymət artımına yol verən 4 aptekin fəaliyyətini dayandırıb.

Bu barədə «APA»ya Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov bildirib. Onun sözlərinə görə, bu apteklərdən üçü Bakıda, biri isə Gəncədə fəaliyyət göstərib.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti ilə birgə aparılan yoxlamaların ayın sonunadək davam edəcəyini deyən P. Əzizbəyovun sözlərinə görə, noyabrın 13-də 30-dan çox aptekdə yoxlamalar keçirilib.

Yoxlamaların nəticələri gələn həftənin əvvəlində açıqlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG