Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:12

Azərbaycan qazının Qara dənizdən nəqli öyrənilir


Azərbaycan qazının Gürcüstanın Kulevi terminalından sıxılmış variantda Qara dənizdən keçməklə Avropa ölkələrinə nəqli yolları nəzərdən keçirilir.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev belə deyib.

R. Abdullayevin sözlərinə görə, Kulevidən qazın gəmilərdən istifadə etməklə Rumıniya və Bolqarıstana nəqlinə dair danışıqlar aparılır. Buradan isə təbii qaz kəmərlər vasitəsilə Avropa bazarlarına ötürüləcək.

R. Abdullayev ARDNŞ və «Bulgargaz» şirkəti arasında ötən gün imzalanmış memorandum çərçivəsində bu layihənin həyata keçirilməsi istiqamətində işlərin həyata keçiriləcəyini deyib.

ARDNŞ prezidenti onu da vurğulayıb ki, qeyd olunan layihə reallaşacağı təqdirdə Azərbaycan tərəfi Kulevidə sıxılmış qaz terminalı tikəcək. /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG