Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:22

Dünya Bloqqerləri Forumu Emin və Adnanı müdafiə edir


Buxarestdə toplaşan Dünya Bloqqerləri Forumu internet sahəsində azadlıqlara, söz azadlığına qarşı hər hansı repressiyaları pisləyib. Forumun saytında yayılan bəyanatda qeyd edilir ki, milli və beynəlxalq internet istifadəçilərinin hüquq və azadlıqları bütün dövlətlərdə eyni olmalıdır.

Onlar yazırlar ki, bloqlarda fəaliyyət fundamental azadlıqların və insan haqlarının ayrılmaz hissəsidir və internet istifadəçilərinin fikir azadlığından rahat istifadə etmələrinə şərşərait yaradılmalıdır.

Dünya Bloqqerləri Forumu bildirir ki, onlar bu sahədə Azərbaycandakı vəziyyətdən narahatdırlar və internetdə azad səsin ifadəsi və Dünya Bloqqerləri Ailəsinin üzvləri kimi Emin və Adnanı müdafiə edirlər.

Noyabrın 11-də bloqqerlər Emin Milli və Adnan Hacızadə xuliqanlıqda ittiham olunaraq iki il yarım və iki il müddətinə azadlıqdan məhrum edilib. İnsan haqları fəalları ittihamın əsassız olduğunu və onların əslində hakimiyyəti tənqid etdiklərinə görə tutulduqlarını deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG