Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:04

Q. Braun Əfqanıstana daha 5 min əsgər ala biləcəyinə ümid edir


Britaniyanın baş naziri Qordon Braun bu gün bildirib ki, NATO-nun Avropadakı tərəfdaşlarını və başqa müttəfiqlərini Əfqanıstana daha 5 min əsgər göndərməyə razı salmağa çalışır.

BBC radiosuna müsahibəsində baş nazir deyib ki, bunun üçün öz nümayəndəsini bəzi Avropa ölkələrinə göndərib.

Britaniyanın Əfqanıstanda 9 min əsfəri var. İndi daha 500 əsgər də göndərməyə söz verib. Amma təkid edir ki, başqa dövlətlər də əlavə əsgər göndərib məsuliyyəti bölüşməlidirlər.

Artıq Almaniya yanvar ayında Əfqanıstana daha 100 əsgər göndərəcəyini elan edib. Əfqanıstanda Almaniyanın 4200 əsgəri var.
XS
SM
MD
LG