Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:30

Rusların YouTube-da korrupsiya videoları davam edir


Rusiyanın keçmiş prokuroru və iki polis əməkdaşı keçmiş işçilərini korrupsiyada ittiham edən videogörüntüləri internetdə YouTube video paylaşma portalına yerləşdirib.

Keçmiş prokuror Qriqori Çekalin və keçmiş polis mayoru Mixail Yevseyev iddia edir ki, 2005-ci ildə bir yanğın hadisəsinə görə günahsız adamlar həbs olunub. Başqa bir videoda polis bir iş adamını təqib edir.

İddiaya görə bu təqib tapşırığını polis iş adamının biznes rəqiblərindən alıbmış. YouTube-a yerləşdirilən başqa bir videoda isə yol polisi əməkdaşı iş yerində həmkarlar təşkilatına qoşulduğu üçün onu işdən çıxartdılarını iddia edir.

Bir qədər əvvəl də bir polis mayoru öz həmkarlarını korrupsiyada ittiham edən videonu YouTube portalına yerləşdirdiyi üçün işdən azad edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG