Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:10

YAP-çı deputat parlament seçkilərini təxirə salmağı təklif etdi


Növbəti seçkilər gələn il keçirilməlidir

Növbəti seçkilər gələn il keçirilməlidir

«Gələn ilin parlament seçkilərinə 50 milyon manat ayrılmasını düzgün hesab etmirəm. Bu pulu təqaüdlərin artırılmasına yönəltmək olar. Parlament seçkiləri keçirməyə nə ehtiyac var?» Noyabrın 13-də Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun gələn ilki büdcəsi müzakirə olunan zaman hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Aydın Həsənov belə deyib.

«Nəyə görə bu qədər vəsait xərclənib seçkilər keçirilməlidir, beynəlxalq müşahidəçilər dəvət olunmalıdır. Biz müharibə şəraitindəyik, Qarabağ münaqişəsi həll olunana kimi parlamentin bu tərkibi qalsın və seçkilər təxirə salınsın. Bu parlamentdə oturanlar xalqın ən ləyaqətli oğullarıdır, biri də mənəm». YAP-çı deputatının bu fikirlərini parlament üzvlərinin bir çoxu alqışlayıb.

YAP-ın İcra katibi Əli Əhmədov təklifə münasibət bildirib: «Sonra deyirlər ki, lazım olan yerlərə haradan vəsait tapmaq olar. Deməli istəsək tapmaq mümkündür. Bu çox qiymətli təklifdir».

Birinci vitse-spiker Ziyafət Əsgərovun Aydın Həsənovun təklifinə münasibəti belə olub: «Azərbaycan xalqının ləyaqətli oğlu kimi sizə hörmətin var. Ancaq mövzudan kənara çıxmayın».

Hazırkı tərkibdə parlament 2005-ci ildə seçilib. Növbəti seçkilər gələn il keçirilməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG