Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:46

ABŞ-da «donuz qripi»ndən 4 min nəfər ölüb


4 minə yaxın adam ABŞ-da «donuz qripi»ndən ölüb. Onların 500-ü uşaqdır.

Məlumatı Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi açıqlayıb. Mərkəz sonuncu dəfə yoluxanların 672 nəfər olduğunu bildirmişdi.

H1N1 virusu dünyanın azı 199 ölkəsinə yayılıb, təxminən 6 min nəfər virusdan ölüb. İlk dəfə donuz qripi aprel ayında Meksika və ABŞ-da aşkarlanıb.

Dünya Səhiyyə Təşkilatı indi deyir ki, həkimlər hamilə qadınlar, uşaqlar və risk qrupuna daxil olan digər insanlarda xəstəliyin əlamətlərini görən kimi virus əleyhinə dərmanlar verməlidir.

Təşkilat 72 ölkəyə vaksin göndərib və bildirib ki, tezliklə Azərbaycan və Qırğızıstana da göndərəcək.
XS
SM
MD
LG