Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:41

AB Milli və Hacızadənin həbsindən təəssüflənir


Avropa Birliyi (AB) Emin Milli və Adnan Hacızadənin həbsindən təəssüflənir. Birlik rəhbərliyi adından yayılan bəyanatda deyilir ki, Azərbaycanda ifadə azadlığının vəziyyəti pisləşməşməkdə davam edə bilər.

AB təəssüflənir ki, məhkəmə dinləmələri zamanı müvafiq hüquqi proseduralar olmayıb.

Birlik rəhbərliyi xatırladır ki, Azərbaycan ATƏT və Avropa Şurasına qoşularkən, həmçinin AB ilə münasibətlərdə demokratik prinsiplərə, yaxşı idarəetmə, insan haqları və qanunun aliliyinə hörmət edəcəyi barədə öhdəliklər götürüb.

Birlik rəhbərliyi bir daha demokratik institutların inkişaf etdirilməsində Azərbaycana yardım etməyə hazır olduğunu bildirib.
XS
SM
MD
LG